“Erməni əsirlərin qaytarılması müqabilində Azərbaycana yeni ərazilər veriləcək?-ŞOK İDDİA

0
5

14 dekabr tarixində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə məhbus mübadiləsi prosesi baş tutdu. Rəsmi olaraq əsir götürülməsi Azərbaycan və Qırmızı Xaç tərəfindən təsdiqlənmiş 44 erməni əsir Ermənistana təhvil verilib. İtkin düşmüş və əsir götürüldüyü ehtimal edilən digər şəxslərin tapılması və geri qaytarılmasının təşkili prosesi davam edir.

KAİM.az xəbər verir ki, Erebuni hava limanında 44 əsiri Arayik Harutyunyan və Tiqran Avinyanla yanaşı yaxınları qarşıladılar.

Qondarma qurumun “ombudsmanı” Artak Beqlaryan Azərbaycanda hələ də müəyyən sayda erməni məhbusun saxlanıldığını deyib.

“Hələ itkin düşmüş hərbi əsirlər, həyatda olduqları ümid edilən mülki insanlar var. Onların evlərinə qaytarılması istiqamətində iş aparılmalıdır, əgər sağ deyillərsə, heç olmasa aqibətlərini öyrənmək lazımdır.” – deyə o bildirib.

Çaylaqqala və Köhnə Tağlar bələdiyyə sədrlərinin dediyinə görə, Azərbaycan ordusu erməni tərəfindən 100-ə yaxın yeni əsir götürüb.

Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı yeni xəritəsindəki 14 dekabr tarixli məlumatlara görə, Çaylaqqala və Köhnə Tağlar kəndləri artıq Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.

“Dünənə qədər bu kəndlər rus sülhməramlılarının nəzarətində idi. Paşinyan rəhbərliyi “ərazilər müqabilində əsirlər” qətnaməsini tətbiq etməyə başlamış ola bilərmi?”, – deyə erməni mətbuatında tirajlanan məqalələrdə deyilir.

Kənan

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin