ABŞ-ın İllinoys ştatında Xocalı qətliamı ilə bağlı BƏYANNAMƏ İMZALANDI-DİASPOR UĞURU

0
5

ABŞ-ın İllinoys ştatında Xocalı qətliamı ilə bağlı bəyannamə imzalanıb

KAİM.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusenin imzaladığı bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanıb.

Bəyannamədə bildirilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər və şəhəri tərk etməyə çalışan dinc sakinlər qırğına məruz qalıb. Erməni hərbçilər Xocalıdaq 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı qətlə yetirib. Bir çox ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırır.

Sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbul olunması, Azərbaycanın ərazi bütövlüyünü BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ evin dəstəklənməsi də xüsusi qeyd olunub.
Bəyanat Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və İllinoys ştatında yaşayan Azərbaycan icmasının təşəbbüsü il əldə edilib.

29th-Anniversary-of-the-Khojaly-Massacre-Commemoration-Day-2021

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin