Hərbçilərimiz 2022-ci ildə hansı təlimlərdə iştirak edəcək? – VİDEO

2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, “Eternity – 2022”, “EFES – 2022”, “Sarsılmaz Qardaşlıq – 2022”, “Qış təlimi – 2022”, “Beynəlxalq Ordu Oyunları – 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin