İrəvanda TƏCİLİ TOPLANTI: Arutyunyan işğalçı komandirlərə TAPŞIRIQ VERDİ

537

İrəvanda “işgüzar” səfərdə olan son 30 ildə Azərbaycan Respublikasının bir hissəsində qondarılmış separatçı-terrorçu erməni rejiminin başçısı, Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi Araik Arutyunyan qondarma qurumun Ermənistan paytaxtındakı nümayəndəliyində I və II Qarabağ döyüşlərində iştirak etmiş işğalçı dəstə komandirlərini qəbul edib.

Haqlı.az xəbər verir ki, bu haqda erməni Xankəndi və İrəvandakı erməni nəşrləri məlumat yayıb.

“Şanlı döyüşçülər”, “Aramo”, “Berdzor”(ermənilər Laçını belə adlandırırlar-S.L.) xüsusi yezidi dəstəsi, həmçinin “Artsax” “qəhrəman”ı, Laçındakı xüsusi müdafiə dəstəsinin komandiri, general-mayor Vardan Avetisyanın qatıldığı görüşdə 44 günlük savaşdan sonrakı “bərpa prosesləri, daxili və xarici problemlər və bunların aradan qaldırılması üçün tədbirlər” müzakirə edilib.

Xatırladaq ki, bundan öncə də Araik Xankəndində daha bir neçə dəfə digər erməni komandirləri qəbul edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin