Ermənilər indi də ABŞ Dövlət Departamentini QINAYIR

100

Amerika Erməniləri Milli Komitəsi absurd formada ABŞ Dövlət Departamentini ABŞ-Ermənistan regional və ikitərəfli siyasətindəki sistemli uğursuzluqlarını araşdırmağa çağırıb.

Haqlı.az xəbər verir ki, bu barədə Ermənistanın “Aysor” nəşri məlumat yayıb.

Təşkilatın sədri Raffi Qambaryan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezə, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Qreq Meeksə və Nümayəndələr Palatasının digər üzvlərinə yazdığı məktubda bildirib ki, Ermənistanın suveren əraziləri Azərbaycanın işğal altında (!) qalmaqda davam edir.

Təşkilat, Türkiyənin pilotsuz uçuş aparatlarında ABŞ-da istehsal olunan hissələrin tapılmasından da narazıdır.

Qambaryan ATƏT-in Minsk qrupunun Qarabağla bağlı sülh danışıqlarında diplomatik uğursuzluqlarına xüsusi diqqət çəkərək, bildirib ki, ABŞ-ın iştirakı ilə baş tutan uğursuzluq Türkiyənin bölgəyə cəlb edilməsinə səbəb olub.

Bədbəxt təşkilatın rəhbəri, məktubunun sonunda, “Ermənistan ərazisinin işğalına görə” Azərbaycan rəhbərlərinin məsuliyyətə cəlb edilməsini xahiş edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin