MSK-nın yeni tərkibdə ilk iclasının vaxtı MƏLUM OLDU – YENİLƏNİB

33

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclasının vaxtı məlum olub.

KAİM.az-ın məlumatına görə, iclas bu gün saat 16:00-da keçiriləcək.

İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılacaq.

***

12:02

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” barədə qərar qəbul edilib və MSK-nın yeni tərkibi müəyyənləşib.

KAİM.az-ın məlumatına görə, prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri – Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.

Məzahir Pənahov və Rövzət Qasımov YAP-ın, Arifə Muxtarova bitərəf deputatların, Mikayıl Rəhimli parlamentdə azlıq təşkil edən partiyaların təqdim etdiyi siyahılar üzrə yenidən MSK üzvü seçiliblər. (APA)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin