Böyük Britaniya Lordlar Palatasının üzvü Azərbaycan və Türkiyəni İTTİHAM ETDİ

23

“Azərbaycan və Türkiyənin son hərəkətləri bütün soyqırım meyarlarına cavab verir”.

KAİM.az xəbər verir ki, Ermənistanın böyük dostu kimi tanınan Böyük Britaniya Lordlar Palatasının üzvü və keçmiş vitse-spiker Kerolayn Koks dünən Ermənistanda jurnalistlərə açıqlama verib:

“Hər şeydən əvvəl Ermənistan və Artsax xalqına inam və azadlıq uğrunda ağır itkilər verdiyinə baxmayaraq mübarizənin önündə durduqları üçün təşəkkür edirəm. Erməni Soyqırımını tanıması üçün İngiltərə hökumətinə çox təzyiq göstərmişik. Bu gün də buraya qəzəbli gəldim. Deyə bilərəm ki, soyqırım İngiltərəni təşkil edən əsas ölkələrdən biri olan Uels tərəfindən tanınıb. Uelsin paytaxtı Kardiffdə soyqırıma həsr olunmuş bir abidə var, lakin İngiltərə hələ bu soyqırımı tanımayıb və biz bunun üçün mübarizə aparırıq. 1991-94 və 2020-ci illərdə baş vermiş soyqırımı cəhdini də qəbul etməliyik. Azərbaycan və Türkiyənin son hərəkətləri bütün soyqırım meyarlarına cavab verir”. / konkret.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin