Çavuşoğludan Baydenə “erməni soyqırımı” məsələsi ilə bağlı SƏRT CAVAB

25

“Beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir”.

KAİM.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib.

Nazir deyib ki, ABŞ prezidentinin 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər: “Amma biz cənab Bayden nə deyəcək, əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”. / apa

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin