Azərbaycanda dinc sakinlərin atəşə tutulması ilə bağlı 21 erməni AXTARIŞDADIR

22

Ötən il sentyabrın 27-dən bu vaxta qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlərə görə 21 nəfər beynəlxalq axtarışa verilib.

KAİM.az xəbər verir ki, həmin şəxslər Baş Prokurorluqda başlanmış cinayət işləri üzrə təqsirli bilinib.

Həmin faktlarla bağlı 62 cinayət işi başlanılıb. Axtarışa verilən şəxslərdən 17-si xarici ölkə vətəndaşları olan muzdlu şəxslər, 4 nəfəri isə Ermənistan vətəndaşıdır. Həmin vaxt erməni silahli birləşmələri Azərbaycanın 3 şəhər və 16 rayonunu atəşə tutub. Hadisə nəticəsində adıçəkilən ərazilərə 29,1 min mərmi, 227 raket atılıb. Hadisə nəticəsində Azərbaycanın həmin yaşayış məntqələrində 102 nəfər qətlə yetirilib. Onlardan 12-si uşaq, 62-si kişi, 28- isə qadındır. 51 uşaq, 102 qadın və 270 kişi olmaqla ümumilikdə 423 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin