“18 yaşına çatmış erməni gənclər Azərbaycan Ordusunda hərbi xidmət keçəcəklər”

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandı.

Bu bəyanatla Ermənistan ağ bayraq qaldıraraq hərbi kapitulyasiyaya imza atmalı oldu. Həmin bəyanata uyğun olaraq Xankəndidə, Xocalıda və Xocavənddə azərbaycanlılarla yanaşı, Azərbaycan qanunlarını qəbul edən ermənilər də yaşayacaq. Bu gün hər kəsi maraqlandıran sual orada yaşayacaq və 18 yaşına çatmış erməni gənclərin hansı dövlətin ordusunda hərbi xidmət keçəcəyidir.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, 18 yaşına çatmış erməni gənclər Azərbaycan Ordusunda hərbi xidmət keçəcəklər: “Çünki ermənilərin ayrı şansı yoxdur. Azərbaycan Ordusunda xidmət etmək istəməyən ermənilər bizim topraqlarda yaşamayacaq. Düzdür, onların ordumuzda nə dərəcədə sədaqətlə xidmət edəcəkləri sual altındadır. Ancaq fakt odur ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər Xankəndidə, Xocalıda və Xocavənddə yaşayacaqlar. Qanunlarımızı qəbul etməyən ermənilər isə Ermənistana rədd olub gedəcəklər”.

Firudin Məmmədov onu da əlavə edib ki, ermənilərin ordumuzda xidmət etməsi heç bir problem yarada bilməz: “Çünki onlar hərbi xidmətə çəlb edilən zaman bütün şərtlər nəzərə alınacaq. Azərbaycan Ordusu güclü və haqq-hesabını biləndir. Ermənilər hərbi xidmət keçərkən tam nəzarətdə olacaqlar. Yəqin ki, hərbi xidmətləri uyğun yerlərdə həyata keçiriləcək. Yəni ermənilərin hər an bizə xəyanət edə bilmələri məsələsi mütləq nəzərə alınacaq”. (oxu24.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin