AMEA-da NƏ BAŞ VERİR?-İlham Əliyevin tapşırığı ilə hazırlanan “qaynar xətt” LƏĞV EDİLDİ

0
5

“AMEA-nın Dilçilik institutundakı “qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib.”

KAİM.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasını sərt tənqid edən dilçi alim, BDU-nun professoru Qulu Məhərrəmli özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, sözügedən “qaynar xətt” Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı:

“İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər – AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və instititun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar.

Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə qəsd və bağışlanmaz cinayət hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsləyə biganə qalmayacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin