Əli Həsənov məktubunda VƏZİROVA belə yalvarıb: Siyahıda daha kimlər var – ADLAR

0
4

Prezidentin sabiq köməkçisi  Əli Həsənovun keçmiş SSRİ Azərbaycan Kompartiyasının MK Vəzirova göndərdiyi teleqramın mətni yayılıb.

KAİM.az həmin teleqramın mətnini eynilə təqdim edir:

— Teleqram nömrəyə

— Bakı,

Azərbaycan Kompartiyasının MK-sı, MK-nin birinci katibi yoldaş A.X. Vəzirova

“Biz, S.M.Kirov adına Azərbaycan dövlət universitetinin tarix fakültəsinin dekanı ilə görüş iştirakçıları, yenidənqurma prosesində bizim respublikada Azərbaycan Kompartiyasının məqsədyönlü fəaliyyəti sayəsində baş verən pozitiv və real dəyişiklərlə tanış olduq. Biz partiyanın qarşısında, bütün sovet xalqının qarşısında duran böyük vəzifələri bütün məsuliyyətimizlə dərk edirik və sizi əmin etmək istəyirik ki, biz respublikaya yüksəkixtisaslı elmi kadrlar kimi dönəcəyik və özümüzü yenidənqurma işinə həsr edəcəyik.

Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi və biliklərimizi yönəldəcəyik. Biz Azərbaycan Kompartiyasının yeni rəhbərliyinin məqsədyönlü işini alqışlayırıq və dərindən dəstəkləyirik.

M.V.Lomonosov adına MDU-nun tarix fakültəsinin tələbələri və aspirantları Ağakişiyev İ.Ə., Cavadov Ə.S., İbadov R.Ə., Qarayev Ş.E., Quliyev H.B., Məhərrəmov N.U., Həsənov Ə.M., Azayeva Ə.Ə., Qaziyeva S.A. və başqaları.”

MOSKVA.

Əli Həsənovun Vəzirova məktubu:  "Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi..."

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin