XƏBƏRDARLIQ: “Vəziyyət pisləşsə, martın 6-dan sərt tədbirlər görəcəyik”-Baş nazir

“Ölkənin demək olar ki, bütün regionlarında pandemiya ilə əlaqədar vəziyyət pisdir, 20 əyalətdə daha sərt məhdudiyyətlər tətbiq etmək niyyətindəyik”.

KAİM.az xəbər verir ki, bunu Fransa Baş naziri Jan Kasteks açıqlamasında bildirib.

O, qeyd edib ki, ölkə daxilində epidemioloji vəziyyət son günlərdə nəzərəçarpacaq dərəcədə pisləşib: “Hazırda göstəricilər noyabr ayında müşahidə olunan səviyyəyə qayıdıb. Çərşənbə günü 30 mindən çox yeni yoluxma qeydə alınıb”.

Hökumət başçısı ölkənin 20 əyalətində, o cümlədən həftə sonları özünütəcrid rejiminin tətbiq olunduğu Parisdə və şimalda yerləşən bəzi departamentlərdə vəziyyətin xüsusilə narahatedici olduğunu deyib: “Bu ərazilər xüsusilə nəzarət altına alınacaq. Vəziyyət pisləşməyə davam edərsə, martın 6-dan etibarən daha sərt tədbirlər görəcəyik”. (APA)

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin