Türkiyədə koronavirusdan vəfat edənlərin ümumi sayı AÇIQLANDI

0
5

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər vilayətlər üzrə virusun yayılma tezliyinə uyğun olaraq tətbiq olunur. İnfeksiyanın yayılma sürəti və risklər bölgələr üzrə bir-birindən tamamilə fərqlidir.

KAİM.az Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, martın 7-də Türkiyə üzrə 129 min 299 nəfər testdən keçirilib. Onlardan 11 min 187 nəfərdə infeksiya aşkarlanıb. Gün ərzində bu xəstəlikdən 65 nəfər ölüb, 7 min 785 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 2 milyon 780 min 417 nəfərdə virus aşkarlanıb, 29 min 30 nəfər ölüb.

Məhdudiyyətlərin yumşalmasına baxmayaraq maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydaları məcburidir. Əhaliyə ciddi xəbərdarlıq edilir ki, əgər yoluxma sayında sürətli artım müşahidə olunsa sərtləşdirilmiş məhdudiyyətlər yenidən tətbiq oluna bilər./konkret.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin