Türkiyədə 13 mülki vətəndaşın cəsədi MAĞARADA TAPILDI-Qisas QATBAQAT ALINDI

0
9

Türkiyənin 13 mülki vətəndaşı PKK/KCK terror təşkilatı tərəfindən öldürülüb.

KAİM.az xəbər verir ki, bununla bağlı ölkənin müdafiə naziri Hulusi Akar açıqlama verib.

O bildirib ki, İraqın şimalında təşkil olunan “Pəncə Qartal – 2” antiterror hərəkatı zamanı 13 nəfər silahsız mülki vətəndaşın meyiti aşkarlanıb. Onlar terror təşkilatı tərəfindən əsir alınaraq qətlə yetiriliblər.

Əməliyyatlar zamanı həmçinin 48 terrorçu öldürülüb, ikisi isə sağ olaraq ələ keçirilib.

Məsələ ilə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da “Twitter” hesabında paylaşım edib. Nazir qeyd edib ki, qəhrəman əsgərlərin qarşısına çıxmağa cəsarət etməyən terrorçular mülki əhalini qətlə yetiriblər.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin