Türkiyə yenidən İsraillə dostluq etməyə çalışır – “Əl-Monitor”

0
4

“Türkiyənin milli kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidan son bir neçə həftə ərzində İsrail rəsmiləri ilə təmasda olub. Məqsəd Türkiyə rəhbərliyinin İsraillə münasibətləri normallaşdırmaq səylərindən ibarətdir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Monitor” portalı məlumat yayıb. Nəşr xəbəri üç mənbəyə istinadən yaydığını vurğulayır.

Yazıda qeyd edilib ki, Türkiyə İsrail səfirini 2018-ci ilin mayında bu ölkənin Qəzzaya hücumlarından sonra qovub və ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarı səbəbiylə öz səfirliyini geri çağırıb.

Mənbələr son danışıqların xüsusi mərhələsinin səfir səviyyəsində əlaqələrin yenidən qurulmasına yönəldiyini bildirirlər.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi işçisi Qallia Lindenstrauss “Əl-Monitor”a bildirib ki, yeni əməkdaşlıq səhifəsini açmaq üçün bir fürsət var. “Səfirləri geri qaytarma addımının əhəmiyyətini şişirtməmək hər iki dövlətin mənafeyinə uyğundur”, – deyə o bildirib. O daha sonra qeyd edib ki, “Münasibətlərin reytinqi 2018-ci ildə diplomatik protokol nöqteyi-nəzərindən endirilmədiyi üçün bu, asan bir addımdır.”

Yazıda o da deyilir ki, Türkiyə hökuməti Co Baydenin Trampla müqayisədə bu ölkəyə faydalar verməyəcəyindən narahatdır. “Əl-Monitor” xəbər verir ki, Tramp Türkiyənin Yaxın Şərq, Şərqi Aralıq dənizi və Cənubi Qafqazdakı təcavüzkar xarici siyasəti qarşısında, habelə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri alması və ABŞ-ın “Halkbank”a qarşı qaldırdığı məhkəmə prosesinə baxmayaraq yumşaqlıq nümayiş etdirib.

“Hesablama budur ki, İsraillə münasibətlər Bayden rəhbərliyi dövründə Türkiyəyə fayda gətirəcək”, – “Əl-Monitor” qərbli bir məmurdan sitat gətirib.

Lindenstrauss vurğulayıb ki, həm İsrail, həm də Türkiyə diplomatik münasibətləri bərpa etməklə Bayden rəhbərliyinə xoş niyyətini göstərəcək. Bu prosesdə Türkiyə daha çox maraqlı görünür.

“Yerusəlim Post”un köşə yazarı Seth J.Franzman Türkiyənin İsraili Vaşinqtonda məmnun etmək üçün bir “vasitə” olaraq istifadə etməyə hazırlaşdığını deyib. Çünki ABŞ İsraili Yaxın Şərqdəki ən güclü müttəfiqi hesab edir.

“Beləliklə, Türkiyə İsrail və ya yəhudilərə yaxşı münasibət göstərməklə ABŞ-la münasibətlərdə yeni bir səhifə açacağını düşünür. Bu əvvəllər də istifadə olunan model olub”.

Franzman Həmas üzvlərinə qarşılıq verdikdən və ölkəni hər addımda tənqid etdikdən sonra türk rəsmilərinin İsraillə münasibətləri normallaşdırmaq səylərini tənqid edib. “Türk ultra sağ hökuməti bu il Həmas liderlərini iki dəfə qonaq edib və Qüdsün bizim olduğuna və Məscid-i Əqsanı İsrailin nəzarətindən azad edəcəyinə dair iddiaları bir daha təsdiqləyib, lakin indi Ankara Vaşinqton tərəfindən təcrid olunmamaq üçün İsraildən istifadə etmək istəyir”.

Franzman İsrailin Türkiyəyə tərəf dönüb HƏMAS-a verdiyi dəstəyi görməməyəcəyinin dəqiq olmadığını güman edir. O İsrail hökumətini xəbərdarlıq edib ki, çox uzaq olmayan bir gələcəkdə Ankara istədiyini əldə edən kimi yenidən Qüdsə diqqət edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin