Türkiyə gürcü hərbçilərə DƏSTƏK AVADANLIĞI GÖNDƏRDİ

Türkiyə Milli Müdafiə Nazirliyi, Gürcüstan Müdafiə Nazirliyinə lazer məsafəli ölçmə cihazları və bir sıra mühəndis avadanlıqları hədiyyə edib.

KAİM.az Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, Tbilisidə təşkil edilən təslimalma mərasiminə Baş Qərargahın Strateji Planlaşdırma İdarəsinin Müdiri Polkovnik İoseb Nikolaişvili və Türkiyənin Tbilisidəki səfirliyinin Hərbi Attaşesi Polkovnik Burak Altıner ilə qatılıb.

Açıqlamada “Gürcüstan və Türkiyənin hərbi müdafiə sahəsində uzun illərdir ki, yaxın və uğurlu bir işbirliyi apardıqları bildirilib.

Qeyd edək ki, texniki avadanlıqlar Gürcüstan Müdafiə Qüvvələrinin döyüş və mühəndis bölmələrinə paylanacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin