Tarasovun erməni mediasına sensasion şərhi: – Ələ saldı…

Məşhur rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov sözün bütün mənalarında erməni mediasını ələ salıb.

Axar.az xəbər verir ki, Tarasov erməni mediasının “Qarabağın statusu necə həll edilə bilər” sualına cavab olaraq deyib:

“Status məsələsi ATƏT-in Minsk Qrupu formatında deyil, rəsmi İrəvanın iştirakı olmadan Moskva-Bakı-Xankəndi formatında həll edilə bilər”.

Maraqlıdır ki, erməni mediası bunu adi qarşılayaraq tirajlayıb da. Halbuki Nikol Paşinyanın 2018-ci ildə danışıqlar formatını dəyişərək, Azərbaycanın qondarma “dqr”lə danışıqlar aparması gərəkdiyi haqda sərsəmləmələri nəticədə müharibənin əsəs səbəblərindən birinə çevrildi. Başqa sözlə desək, “dqr” heç bir halda danışıqların tərəfi olmayıb və ələlxüsus indi, Azərbaycan müharibədə qəti qələbə çalıb, problemi kökündən həll etdikdən sonra bu “formatla” bağlı “versiya” əsl məzələnməkdir.

Təsadüfü deyil ki, Tarasov dərhal bunun ardınca Rusiya Prezidenti Vladimir Putinin Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğu haqda fikrini səsləndirib. Yəni Moskva da heç vaxt qondarma “dqr”i subyekt kimi görməyib və görməyəcək də.

Tarasov daha sonra bildirib:

“Hazırda qanuni olaraq Azərbaycan ərazisi olan Qarabağın kiçik bir hissəsində rus sülhməramlıları yerləşdirilib. Başqa sözlə, əvvəllər Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Ermənistan idisə, indi qarant simasında Rusiya çıxış edir”.

Həmsədrlərin Bakı və İrəvan səfərinə və bəyanatına münasibət bildirən Tarasov ümumilikdə dünya diplomatiyasının məğlub olduğunu vurğulayıb:

“Dünya diplomatiyası vaxtında nə təsirli bir ssenari təklif edə bildi, nə də bu səfər hazırlığı müharibənin qarşısını ala bildi.

2016-cı ildə (Aprel döyüşləri zamanı — red.) bəzi gizli ssenarilər mövcud idi, lakin bu səfər hər kəs müharibənin (tarixi bəlli olmayan) başlayacağını bilirdi. Burada az-çox fəal (tək qaldığını dərk edən) Rusiya idi. Və o, (Rusiya — red.) yalnız Ermənistan ərazisi təcavüzə məruz qalsaydı, KTMT çərçivəsində müdaxilə edə bilərdi”.

Tarasov daha sonra da qəribə şərhləri ilə təəccüb yaradıb. O iddia edib ki, Araik Arutyunyanın qərarı (Rusiyalı həmsədrin olmadığını bəhanə edərək Minsk Qrupu ilə görüşdən imtina – red.) yeni bir oyunun başlaması deməkdir:

“Qarabağın statusu” yeni bir şəkildə təyin olunmağa başlayır. Bu, Paşinyanın düşündüyü kimi nə sabah, nə də ertəsi gün müəyyən olacaq. Rus sülhməramlıları Qarabağa 5 illik yerləşdirilib və bu müddətin uzanma ehtimalı da var. Yəni format bölgədə münasibətlərin necə inkişaf etdiyinə deyil, Yaxın Şərqdəki münasibətlərin necə inkişaf edəcəyinə görə müəyyənləşəcək. Bu durumda Ermənistanın gələcək dirçəlişinin paytaxtı İrəvanın deyil, Xanəndinin olacağı istisna edilmir. Erməni dövlətçiliyinin təməlləri İrəvanda deyil, məhz Qarabağda, Xankəndidə qoyulub”.

Zəruri olaraq qeyd edək ki, Arutyunyan bu bəhanənin səsləndirsə də, faktiki olaraq Arutyunyan deyil, Minsk Qrupu “dqr” separatçısı ilə görüşdən imtina etmişdi və bunu Tarasovun da bildiyi şübhə doğurmur.

Görünür, “erməni dövlətçiliyi” və Arutyunyanın bəhanəsi haqda fikirlərində də Tarasov erməni mediası ilə “məzəsini” davam etdirib.

Politoloqun növbəti yanaşması da bu deyilənləri təsdiqləyir. O bildirib ki, Qərb istəsəydi, müharibə zamanı Ermənistana kömək edə bilərdi:

“Məsələn, 2016-cı ildə (Aprel döyüşləri zamanı – red.) Amerika Azərbaycana döyüşün davam edəcəyi təqdirdə ABŞ-ın Qarabağı tanıyacağı barədə xəbərdarlıq etdi və rəsmi Bakı müharibəni dayandırdı. Bu durumda Qərb nə etdi? Heç bir şey!”

Halbuki Aprel savaşının birbaşa Kremlin istəyi ilə dayandırıldığı barədə artıq hər 3 tərəf rəsmi açıqlama verib. Üstəlik, Aprel savaşının dayandırılması haqda “atəşkəs razılaşması” da Moskvada imzalanmışdı. Belədə rusiyalı ekspertin şərhinin ciddiyyətdən çox uzaq olduğu gün kimi aydındır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin