SON DƏQİQƏ! Hökumət binasında canlı bomba HƏYACANI – Vəzifəli şəxslərin CANI TƏHLÜKƏDƏ

Ukraynanın paytaxt Kiyevdə yerləşən hökumət binasında canlı bomba həyəcanı yaşanıb.

Haqlı.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əl bombası daşıdığı iddia edilən naməlum şəxs hökumət binasına girərək rəsmi şəxsləri əlindəki bombanı partlatmaqla təhdid edib. Hadisə yerinə dərhal təhlükəsizlik xidmətinin nümayəndələri cəlb edilib.

İnsident ilə bağlı edilən açıqlamada polisin xüsusi əməliyyata başladığı və kimliyi hələ bilinməyən cinayətkar ilə danışıqlara getdiyi bildirilib.

Ukraynanın daxilində Rusiyanın dəstəklədiyi qruplardan birində döyüşdüyünü və qazi olduğunu deyən cinayətkar hökumətdən heç bir tələbinin olmadığını deyib.. Araşdırmalar zamanı bombanın gerçək olduğu da ortaya çıxıb.

Qeyd edək ki, polis İhor Klymenko cinayətkarın saxlanıldığı barədə məlumatı təsdiq edib.

Kənan Bahadur / Haqlı.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin