SON DƏQİQƏ: Fransada məscidlər bağlanır – “RESPUBLİKA DƏYƏRLƏRİMİZƏ TƏHLÜKƏDİR”

0
3

Fransa dini ekstremizm ilə mübarizə çərçivəsində dini ideologiyanın “qızışdırılmasında” şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılacaq.

KAİM.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Cerald Darmanin bildirib:

“Ölkədəki 2 600-dən çox məscidin 76-ı Fransanın respublika dəyərlərinə və onun təhlükəsizliyinə mümkün təhlükə kimi qeydə alınıb. Əgər şübhələr təsdiqlənsə, məscidlər bağlanacaq. Müstəntiqlər şübhəli hesab etdikləri məscidlərin maliyyələşdirilməsi və imamların həyatının araşdırılması ilə məşğul olacaqlar.”

Dekabrın 2-də Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər. Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.

AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.

Kənan

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin