ŞOK ƏMR – Ermənistan İranla sərhədi bu səbəbdən BAĞLADI

Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.

KAİM.az xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb. (Report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin