Rusiyada qəza törədən azərbaycanlı reperin cəzası BƏLLİ OLDU

0
4

Rusiyada üç nəfərin xəsarət aldığı qəzaya görə azərbaycanlı reper Elmin Quliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.

KAİM.az xəbər verir ki, bu barədə “İnterfax”a Moskvanın Xamovniçeski Məhkəməsinin mətbuat xidmətindən bildiriblər.

O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da qismən təmin edib.

Xatırladaq ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada – kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Quliyev qəzada günahını boynuna alsa da, ayıq olduğunu israr edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin