Rusiya qoşunlarını Krımdan çıxarmağa başlayıb

0
7

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, genişmiqyaslı hərbi təlimin bitməsindən sonra Ukraynanın Krım bölgəsindəki qoşunlar daimi bazalarına köçürülməyə başlayıb.

“Hazırda (Krımdakı) hərbi birləşmələr və qruplar qatar stansiyaları və aeroportlara doğru irəlilərilər, onlar hərbi gəmilər, dəmir yolu platformaları və hərbi təyyarələrlə yola salınır” deyə nazirlik aprelin 23-də yaydığı bəyanatda bildirib.

Bu açıqlama Rusiyanın Ukrayanın şərqinə yaxın ərazilərdə böyük qüvvə cəmləşdirməsi ilə əlaqədar Qərblə gərginliyin artması fonunda verilib.

Bundan bir gün əvvəl isə Müdafiə Naziri Sergey Şoyqu Moskvanın “hərbi personalın təcili yoxlaması” adı ilə Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşdirilmiş minlərlə hərbi personalın geri çəkilməsini əmr edib.

Şoyqu aprelin 22-də bildirib ki, yoxlamada qarşıya qoyulan “məqsədlərə tam olaraq çatılıb” və həbi birliklər mayın 1-ə dək öz bazalarına qayıdacaq.

Lakin bununla birlikdə Şoyqunun açıqlamasından qoşunların gəri çəkilməsinə dair göstərişinin Rusiyanın cənub sərhədi yaxınlığında və işğal altında olan Krımdakı bütün qoşunları əhatə edib-etmədiyi aydın deyildi.

Müdafiə Nazirliyi daha öncə Rusiyanın cənub sərhədləri yaxınlığında və Krımdakı təlimlərdə 60-dan çox gəmi, 10.000-dən çox hərbçi, 200-ə yaxın təyyarənin və 1200-ə yaxın hərbi vasitələrin iştirak etdiyini bildirib. Lakin ordu bölgəyə köçürülmüş əlavə qoşunların ümumi sayını bildirməyib.

Avropa İttifaqının baş diplomatı Cosef Borrel aprelin 19-da bildirib ki, Rusiya sərhədə təxminən 100 min əsgər toplayıb. Digər tərəfdən isə Ukrayna Xarici İşlər Naziri Dmitro Kuleba aprelin 20-də Rusiya qoşunlarının gəlməkdə davam etdiyini və bunun bir həftə ərzində “ümumi olaraq 120 min qoşundan ibarət hərbi qüvvəyə” çevriləcəyi barədə xəbərdarlıq etmişdi.

Rusiya qüvvələrinin ərazisində istədiyi yerə göndərə bilmək hüququna sahib olduğunu və onların heç kəsə təhlükə yaratmadığını iddia edib. (Amerikaninsesi.org)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin