“Paşinyan Yeni ilədək istefaya gedəcək; Köçəryan əsas persona olacaq…”

“Nikol Paşinyan bu gün Robert Köçəryanın erməni siyasətində bir amil olması üçün hər şeyi etdi və indi Ermənistanın ikinci prezidenti çoxları üçün alternativ olacaq”.
 
Moderator.az xəbər verir ki,  işğalçı ölkə mediasının yaydığı məlumata görə, bunu siyasi şərhçi Hayk Xalatyan “Faktİnfo” studiyasındakı “Mövqe” proqramına müsahibəsində söyləyib.
“Robert Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyib-istəmədiyini bilmirik. Bir şey aydındır ki, növbəti seçkilərdə Köçəryan siyasətdə indikindən daha böyük rol oynayacaq ”-deyib Xalatyan.
“Paşinyan oyun qaydalarını o qədər tez pozurdu ki, bu gün ona təhlükəsizlik zəmanəti verildikdə, ümumiyyətlə, başqalarının da bu razılaşmanı pozacağını düşünür. Görünür, buna görə də istefaya getmir”-deyə  şərhçi vurğulayıb.
Buna baxmayaraq, Hayk Xalatyana görə, Ermənistanda hakimiyyət dəyişikliyi Yeni ildən əvvəl baş verəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin