“Paşinyan ona görə hakimiyyətdədir ki, Zəngəzuru da versin” – Levon Divanyan

“Biz marionet dövlətik, bizim müstəqilliyimiz yoxdur. Hamı bizimlə məşğuldur, bizdən başqa”.

Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, bu sözləri erməni rejissor Levon Divanyan ziyalıların toplantısında bildirib.

O əlavə edib ki, Ermənistan hazırda sahibsizdir. “Yəni, sən heç bir qərar qəbul edə bilmirsən. Siz kimdən nə tələb edirsiniz? Ölkənin yiyəsi yoxdur. Ermənistan da yoxdur. Kim fikirləşərdi ki, Qarabağı verərlər, indi də istəyirlər Zəngəzuru versinlər. Bunun üçün kim məsuliyyət daşıyır?”, – deyə o bildirib.

Rejissor qeyd edib ki, Baş nazir Nikol Paşinyan Ermənistanı parçalayır. “Bunlar ona görə hakimiyyətdədir ki, Zəngəzuru da versinlər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin