Öz dəfnində dirildi-Qəribə və qorxunc olay

Hindistanın Andhra Pradeş əyalətində ölü hesab edilən  bir adamın  dəfn edilməyə hazırlaşarkən  oyanıb.

Kaim.az xəbər verir ki, bu haqda Hindistan mətbuatı yazıb.

Hadisənin baş verdiyi kəndin başçısı   yerli sakinlərin dediyinə görə iki gündür ağacın altında huşsuz vəziyyətdə yatan naməlum kişini şəxsən müayinə edib. Onu ölmüş hesab etdikdən sonra  dəfn etməyə qərar verilib.

Kəndin yaxınlığında məzar  qazılarkən  kişi qəfildən ayılıb oturub. Onu dərhal xəstəxanaya aparıb yardım ediblər. Polis hələ də “dirilən” şəxsin şəxsiyyətini müəyyən edə bilməyib.

İlqar

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin