Müxalifət liderləri Manukyanın ofisində: – Paşinyanı devirmək üçün son cəhd

0
9

Ötən gün axşam saatlarında İrəvanda erməni müxalifətinin altı lideri arasında görüş keçirilib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, müxalifət liderlərinin görüşündə sabiq prezidentlər Serj Sərksiyan və Robert Köçəryan da iştirak edib.

Bundan başqa Artur Vanetsyan, İşxan Saqhatlyan, Qaqik Tsarukyan və Vazgen Manukyan da müzakirələrə qatılıb.

Media görüşün müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanın ofisində baş tutduğunu qeyd edib.

Hələlik hansı məsələlərin müzakirə edildiyi konkret açıqlanmayıb. Böyük ehtimalla keçmiş oliqarxlar olan indiki müxalifət liderləri fevralın 18-də keçirilməsi planlaşdırılan mitinqlə bağlı danışıqlar aparıblar. Bu, müxalifətin Baş nazir Nikol Paşinyana güc göstərmək üçün qış fəslində son cəhdi olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin