“Müharibə zamanı təkcə Qarabağdakı ermənilərə 2 milyard dollar ziyan dəyib” – Vaçe Qabrielyan

0
5

“Qarabağ müharibəsindəki məğlubiyyətdən və Qarabağ ətrafındakı ərazilərin Azərbaycana təslim edilməsindən sonra Ermənistan siyasi-iqtisadi həyatı ciddi itkilərlə üz-üzə qalıb. Təkcə bir faktı deyim ki, yalnız kommersiya banklarının zərərləri kredit qoyuluşu şəklində 200 milyon dollardan çoxdur. Son məlumatlara görə, Qarabağda döyüş əməliyyatları nəticəsində 15 min mənzilə, 3 mindən çox mülki infrastruktur obyektinə, 2500 nəqliyyat vasitəsinə ziyan dəyib. Müxtəlif ekspert hesablamalarına görə, “Artsax”a dəyən iqtisadi ziyan “Artsax”ın illik ÜDM-dən bir neçə dəfə çox – 2 milyard dollardan artıqdır”.

KONKRET.az xəbər verir ki, bunu “Verelq.am” portalına müsahibəsində Ermənistanın sabiq baş nazirinin müavini Vaçe Qabrielyan söyləyib.

O, daha sonra əlavə edib ki, “Hökumət Qarabağdakı investisiyalarını itirən iş adamlarına ayaqda qalmalarına kömək etməlidir. Bu, ciddi bir problemdir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin