Makronun Sisiyə gizli şərəf nişanı verdiyi ortaya çıxdı

0
5

Bir neçə gün öncə Fransaya rəsmi səfər edən Misir Prezidenti Əbdül- Fəttah əs-Sisiyə şərəf nişanı olan “Legion d’Honneur” fəxri medalının verildiyi məlum olub.

Kaim.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumat “Quotidien” adlı proqramın aparıcısı Yann Barthesin tərəfindən yayılıb. O, sözügedən təqdimatın Fransa mətbuatından gizlədildiyini, məlumatın Misir Prezidentinin portalında dərc edildiyini bildirib.

Aparıcı Makronun mətbuatla paylaşdığı rəsmi proqramına daxil olmayan mərasimin görüntülərinin yalnız Sisinin operatoru tərəfindən lentə alındığını deyib.

Qeyd edək ki, Sisinin Fransaya səfəri, qırmızı xalçada qarşılanması Parisdə etirazla qarşılanmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin