“Koronavirus xəstəxanası”nda GÜCLÜ PARTLAYIŞ-Xəstələr üçün HƏYƏCAN TƏBİLİ ( VİDEO )

İtaliyanın Neapol şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxananın yaxınlığında maşın dayanacağında güclü partlayış baş verib.

KAİM.az xəbər verir ki, bu barədə 360 TV xəbər yayıb.

Partlayış böyük, 20 metr dərinlikdə çuxur yaradıb, nəticədə bir neçə maşın torpağın altında qalıb.

Hadisə nəticəsində xəstəxananın elektrik təchizatı kəsilib, təcili yardım generatorları qoşulub.

Hadisə yerində xilasetmə işçiləri işləyir. Partlayışın səbəbləri müəyyənləşdirilir.

Zərərçəkənin olmadığı bildirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin