Koronavirus xəstəxanasında DƏHŞƏTLİ YANĞIN: 6 nəfər HƏLAK OLDU

0
5

Hindistanın Mumbay şəhərində koronavirus xəstəxanada baş verən yanğında ölənlərin sayı altı nəfərə çatıb.

KAİM.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ümumilikdə xilasedicilər və yanğınsöndürənlər ventilyasiya cihazlarına qoşulmuş yeddi nəfər də daxil olmaqla 76 xəstəni alovdan xilas ediblər. Onlar başqa xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi koronavirus xəstəxanası ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Birinci mərtəbədə başlayan yanğın üçüncü ağırlıq dərəcəsində olub.

Yanğının baş vermə səbəbi hələ müəyyən edilməyib, faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin