Jurnalistlər birliyinin rəhbəri öldürüldü-SİLAHLI HÜCUMUN ŞOK TƏFƏRRÜATLARI

Əfqanıstanın tanınmış jurnalisti şərqi Qəzni vilayətində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

KAİM.az xəbər verir ki, yerli polis idarəsinin sözçüsü vilayətin Jurnalistlər Birliyinin rəhbəri Rəhmatulla Nikzadın Qəznidə hücuma məruz qaldığını bildirib.

Öldürülən jurnalistin bir neçə xarici media orqanı ilə əlaqədə olduğu deyilir.

Yerli jurnalist Feysal Navid sinəsindən üç güllə yarası alan Nikzadın xəstəxanada öldüyünü deyib.

Nikzad son iki ayda Əfqanıstanda öldürülən beşinci və bu il isə qətlə yetirilən yeddinci jurnalistdir. Onun ölümünün məsuliyyətini üzərinə götürən olmayıb.

Taliban Nikzadın qiyamçı qrupla yaxşı əlaqədə olduğunu deyib.

Kənan

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin