İşdən qovduğu məmurlardan maaşlarını da… – Prezidentdən maraqlı TƏLƏB

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səmərəsiz fəaliyyətinə görə bir neçə yüksək vəzifəli şəxsi vəzifəsindən azad edərək, maaşlarını geri qaytarmalarını tələb edib.

KAİM.az xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.

Məlumata görə, ixtisarlar gənclərin məşğulluğu ilə bağlı keçirilən iclasda baş verib. Xüsusilə, bir neçə rayonun prokurorları və Daxili İşlər Nazirliyinin rəisləri gənclər arasında cinayətkarlığın qarşısını almaq üçün tədbir görmədiklərinə görə vəzifələrini itiriblər. Vergi və ticarət orqanlarının rəhbər şəxslərindən də vəzifələrindən uzaqlaşdırılanlar var. Mirziyoyev keçmiş rəhbərlərə vəzifələrində işlədikləri müddətdə aldıqları maaşları dövlətə qaytarmağı əmr edib./ teleqraf

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin