İranda nüvə aliminin qətli barədə ŞOK DETAL- ” TƏŞƏKKÜRLƏR MOSSAD”

0
6

İranlıların sosial media hesablarında paylaşılan görüntülərə görə İsrailin bayrağı və İngilis dilində “Təşəkkür Mossad” yazılmış bir pankart, Tehranın şərqindəki Tehranpars bölgəsindəki bir keçiddə asılıb.

KAİM.az xəbər verir ki, Sosial media istifadəçiləri paylaşılan görüntülərə reaksiya göstərərkən, bu hərəkətin keçən həftə sui-qəsd nəticəsində ölən nüvə alimi Fəxrizadənin sui- qəsdinə işarə edir.

İran rəsmiləri hələ məsələ ilə bağlı bir açıqlama verməyib.

Qeyd edək ki, İranın nüvə proqramının əsas simalarından biri olan Möhsüm Fəxrizadə, 27 noyabr tarixində Tehran əyalətinin Abserd rayonunda avtomobilinə edilən hücumda ölüb.

Şəbnəm Zahir

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin