İrəvanda hökumət binası mühasirədə-GECƏ ÇADIRLARI QURULDU “ƏN BÖYÜK MİTİNQ…”

“Ermənistanın paytaxtı İrəvanda etirazçıların bir hissəsi hökumət binasının qarşısındakı Respublika meydanında gecələmək qərarına gəlib.”

KAİM.az xəbər verir ki, bunu “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Sağatelyan deyib.

“Gecəni meydanda keçirmək istəyənlər üçün şərait yaradılacaq. Sabah səhər Ermənistanın hər yerində kütləvi etiraz və tətillər davam edəcək. Tədbirlərimizi saat 16:00-a qədər davam etdirəcəyik. Saat 16:00-da böyük bir mitinq olacaq və biz də hamımız daha sərt və qəti tədbirlərə keçəcəyik”, – İ.Sağatelyan belə deyib.

Onun sözlərinə görə, etirazçılar Baş nazir Nikol Paşinyan istefa verməyincə meydanı tərk etməyəcəklər.   Bildirilirdi ki, etirazçılar Hökumət binasının qarşısında bir neçə çadır qurublar. Müxalifət tərəfdarları binanı mühasirəyə də alıblar. Daha sonra “Daşnaktsutyun” partiyasının nümayəndəsi Geqam Manukyan etirazçıların mühasirəni müvəqqəti olaraq götürdüyünü qeyd edib.

Kənan

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin