DİQQƏT! Xaricə istirahətə gedənlər bu miqdarda CƏRİMƏLƏNƏCƏK

0
1

İngiltərədə koronavirus pandemiyası ilə bağlı yeni qanun layihəsi irəli sürülüb.

KAİM.az xəbər verir ki, qanun qəbul edildiyi halda, ölkə xaricinə tətilə gedən şəxslər cərimə ediləcək. Səbəb isə karantin qaydalarının pozulmasıdır.

Belə ki, həmin şəxslərin 5 min sterlinq (təqribi 12 min manat) məbləğində cəriməsi nəzərdə tutulub. 25 martda qanun layihəsi İngiltərə parlamentində müzakirəyə çıxarılacaq.

Qeyd edilir ki, qanuna əsasən, beynəlxalq səyahət, iş, təhsil, qanuni öhdəliklər, səsvermə, mülklərin satılması, kirayə verilməsi, uşaq baxımı, doğuşa hazırlıq, ölmək üzrə olan qohumunu və ya yaxın dostunu ziyarət etmək, cənazə mərasimi, evlənmək və ya yaxın qohumunun toyuna getmək, tibbi görüşlər istisna olmaqla, digər səyahət növləri qadağan olunacaq. / sfera.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin