Daha bir dəhşətli xəstəlik yayılır-Artıq 850 nəfər yoluxub

Hindistanda təxminən 850 nəfər naməlum bir xəstəliyə yoluxub.  Epidemiya  ölkənin cənubundakı Andhra Pradeş əyalətində  baş verib.

Kaim.az xarici mətbuata istinadən xəbər verir ki, 6 dekabrdan, yəni bazar günündən bəri ölkənin 848 sakini başgicəllənmə, epileptik xəstəliyə bənzər tutmalar, huşunu itirmə, ağızda köpüklənmə və titrəyiş də daxil olmaqla oxşar simptomlarla yerli xəstəxanalara müraciət edib. Hazırda həkimlər dəqiq diaqnoz qoya bilmirlər.

Hələlik bir ölüm faktinın  qeydə alındığı da bildirilir.

Ancaq ekspetlər deyir ki, epidemiya karonavirusla bağlı deyil. Yoluxmalara səbəb çirkili su hövzəsi də ola bilər. Keyfiyyətsiz qida da.

İlqar

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin