DƏHŞƏT! Kəndli öz bağında diri-diri basdırılmış UŞAQ TAPDI-FOTO

Uqandanın Kisoro bölgəsində kənd sakini bağçasında diri-diri basdırılmış körpəni tapıb və onu xilas edib.

KAİM.az bildirir ki, Coviya Nyiranone bağçasında işləyərkən torpaqdan çıxan ayaq görüb. Diqqətlə baxanda bunun başıaşağı basdırılmış uşaq olduğunu anlayıb.

Dərhal yeri qazan qadın uşağı çıxardıb. Körpənin hələ də nəfəs aldığını görən qadın baş verənlər barədə qonşularını və hökuməti xəbərdar edib.

Təqribən bir həftəlik olduğu müəyyənləşən uşaq polis idarəsinə, oradan da xəstəxanaya aparılıb.

Yerli hökumət nümayəndələri təqsirkarı tapmaq və cəzalandırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

//Oxu.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin