Cənubi Qafqazda yeni düzən: – “Bu, Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər”

“Türkiyə ilə Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasında münasibətlərin daha da dinamik inkişafının nəticəsidir. İki ölkənin regionda yeni siyasi platforma qurması, regionda digər xalqların da bu platformaya inteqasiyası yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ankara-Bakı platfotması, Cənubi Qafqazın yeni bir siyasi kombinasiyasını quracaq: “Bu platformada Gürcüstanın da olması və gələcək perspektivdə regional ölkələrin bu kombinasiyada yer alması mümkün ola bilər. Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin burada aparıcı bir ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Bundan əlavə, bu siyasi -iqtisadi platforma Rusiyanın da regionda hərbi iştirakını zəiflədəcək.

Çünki Rusiya öz sülhmərmalı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ hissəsindədir. Ona görə də bu ərazilərdə Azərbaycanın suverenliyinin təmini Rusiya ilə birgə işdən keçəcək. Ankara- Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində bu mərhələni uğurla həll edə bilər. Moskva burada erməniləri ciddi müdafiə edib, öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər”.

Politoloq əlavə edib ki, kiçik bir ərazidə ermənilərin yardımdan asılı olması və yaşayışlarının çətinliyi bir müddətdən sonra onların bu əraziləri tərk etməsinə gətirib çıxara bilər: “Çünki Rusiyada uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Kiçik bir ərazidə ermənilər Azərbaycanın suverenliyini qəbul edib yaşamaq məcburiyyətindədilər.

Ermənilər istədi-istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək. Ermənistan rəhbərliyi hazırda Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əlaqələrin bərpasında maraqlıdır. Belə olan təqdirdə Azərbaycan ərazilərində “Artsax Respublikası” yaxud burada” status” məsələsinin gündəmə gətirilməsi olmayacaq.

Əgər, kiçik bir ərazidə ermənilərdən siyasi-hərbi məqsədlər üçün istifadə edilərsə, bu Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər. Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın lehinə dəyişir və nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin