BELÇİKADA QARABAĞLA BAĞLI SƏNƏD TƏSDİQLƏNDİ-“ermənipərəst dairələrin canfəşanlığı nəticəsində…”

Belçika Federal Parlamenti Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu bir daha təsdiq edib.

KAİM.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Belə ki, 2020-ci il dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihəsi müzakirəyə çıxarılıb və sənəd layihəsi bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul edilməklə Plenara verilib. Qətnamə layihəsinin komitədə qəbul edilən mətninin cari ilin 17 dekabr tarixində Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilir.

Lakin ermənipərəst dairələrin canfəşanlığı nəticəsində Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara alıb.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Belçika üzrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamal Cəfərov belçikalı senator Mark Demesmaekerə məktub ünvanlayıb. Məktubda millət vəkili belçikalı həmkarına mahiyyəti üzrə ətraflı məlumat verib, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüququn və hətta Belçikanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünün yanında olduğunu xatırladıb.

Azərbaycan Respublikası Milli Məclisi hadisələrin gedişatını izləməyə davam edir və mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaq.

Kənan

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin