ABŞ ordusu Türkiyə və İraq sərhədində HƏRBİ BAZA QURUR

0
8

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyanın şimalında hərbi baza quracaq.

KAİM.az xəbər verir ki, baza Suriyanın Türkiyə və İraqla sərhədinin yaxınlığında yerləşəcək.

Artıq Əl-Həsəkə vilayətində hərbi bazanın inşasına başlanılıb.

Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində təxminən səkkiz hərbi baza qurub.

Bunlardan ən böyüyü hazırda ABŞ ordusunun və kürdlərin nəzarətində olan neftlə zəngin ərazilərdə yerləşir.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin