BƏD XƏBƏR! İçində həkimlər və xəstə olan TƏCİLİ YARDIM MAŞINI AŞDI-VİDEO

0
13

İçərisində həkimlər və xəstə olan təcili yardım maşını qəzaya düşərək aşıb. Yol nəqliyyat hadisəsi Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.

KAİM.az xəbər verir ki, təcili yardım maşınında yaşlı xəstə olub. Videogörüntülərdə onun çevrilmiş avtomobilin salonundan çıxarılması öz əksini tapıb.  Xəstənin digər tibbi briqada tərəfindən yoluxucu xəstəliklər xəstəxanasına aparıldığı bildirilir.

Şahidlərin sözlərinə görə, təcili yardım maşını minik avtomobili ilə toqquşmadan sonra aşıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını aydınlaşdırır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin