ABŞ-ın iki ştatında maska taxmaq məcburiyyəti LƏĞV EDİLİR

28

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot və onun Missisipidən olan həmkarı Teyt Rivz tibb işçilərinin xəbərdarlığına baxmayaraq maska taxmaq məcburiyyətini ləğv ediblər.

Haqli.az xəbər verir ki, Ebbot martın 10-dan etibarən koronavirusa qarşı tətbiq olunan digər qadağaların da ləğv ediləcəyini deyib:

“Həddindən çox insan iş imkanlarını itirib. Çox sayda kiçik sahibkar borclarını ödəməkdə çətinlik çəkdi. Buna son qoyulmalıdır. Texası 100 % açmağın vaxtı gəldi”.

Mississippi qubernatoru da ştatda maska ​​taxmaq məcburiyyətinin ləğv edildiyini açıqlayıb və yeni fərmanların tezliklə qüvvəyə minəcəyini, biznesin tam olaraq açılacağını vəd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin