KTMT liderləri Qazaxıstanla bağlı toplanır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşü keçiriləcək.

Haqlı.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Onlayn konfrans yanvarın 10-na təyin edilib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin