Sanksiyalar təsirsiz qaldı: İran Dünya Bankından 90 milyon dollar kredit aldı

İran Dünya Bankından COVID-19 pandemiyası ilə mübarizədə istifadə etmək məqsədilə 90 milyon dollar kredit alıb.

Haqlı.az xəbər verir ki, bu barədə İranın İqtisadiyyat Nazirliyi yanında İnvestisiya və Texniki Yardım Təşkilatının rəhbəri Əli Fikri məlumat yayıb.

O bildirib ki, kredit çərçivəsində COVID-19 ilə mübarizə üçün lazım olan bütün tibbi avadanlıq və dərmanlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təmin edilərək İrana çatdırılacaq.

Qeyd edək ki, pandemiya ilə mübarizədə ən çox zərər çəkən ölkələrdən biri olan İran 2020-ci ilin mart ayında Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit istəmişdi.

İrana qarşı birtərəfli iqtisadi sanksiyalar tətbiq edən ABŞ rəhbərliyinin bu tələbə qarşı çıxmasından sonra kreditin verilməsi mümkün olmamışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin