Nazarbayev xalqı Tokayevin ətrafında birləşməyə çağırdı

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.

Haqlı.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.

O bildirilib ki, Nursulatn Nazarbayev ölkəni tərk etməyib və hazırda paytaxt Nur-Sultandadır.

Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədrir və həmçinin qonşu və dost ölklərin liderləri ilə telefonla əlaqə saxlayır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin