Ermənistan Qazaxıstana daha 100 hərbçi göndərdi – FOTO

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana daha 100 hərbçi göndərib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Missiya zamanı Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsi müstəsna olaraq strateji əhəmiyyətli binaların və infrastrukturların mühafizəsi funksiyalarını yerinə yetirəcək.

Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. O, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab etdiyini, qarışıqlığa səbəb olan terrorçu dəstələrin isə xaricdə təlim keçdiklərini vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin