NATO Baş katibi: “Çinin iqtisadi qüdrətinin artması alyans üçün təhdiddir”

175

Çinin iqtisadi qüdrətinin artması və onun Rusiya ilə daha sıx əməkdaşlıq etməsi NATO üçün təhdiddir.

Haqlı.az xəbər verir ki, bunu təşkilatın Baş katibi Yens Stolenberq Lissabonda keçirilən NATO Parlament Assambleyasının iclasındakı çıxışı zamanı bəyan edib.

O, Şərq nəhənginin mühüm qlobal infrastrukturları ələ keçirməyə cəhd göstərdiyini, bu azmış kimi, kibermühitdə də üstünlüyünü təmin etmək istədiyini bildirib.

Həmçinin, Stolenberq NATO-nun regional qurumdan, ümumdünya təşkilatına çevrilməsinin əleyhinə olduğunu da qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin