Səudiyyə Ərəbistanı aeroportuna PUA hücumu: Xəsarət alanlar var – FOTO

108

Səudiyyə Ərəbistanının Cəzan aeroportuna pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində azı 10 nəfər xəsarət alıb.

Haqlı.az xəbər verir ki, bu barədə Ərəb Koalisiyasının mətbuat katibi, general Turki Əl-Maliki məlumat verib.

Onun sözlərinə görə, hücum Yəməndəki Husi qiyamçıları tərəfindən həyata keçirilib.

“Düşmənin PUA-nın köməyi ilə (Cizan hava limanına) hücum cəhdi nəticəsində turistlər və aeroport işçiləri də daxil olmaqla 10 nəfər xəsarət alıb”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin