Sarkisyanın “Baden-Baden” işi ARAŞDIRILIR

114

Ermənistan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Serj Sarkisyanın Baden-Baden kazinolarında 100 milyon dollar uduzması ilə bağlı açıqlamaları araşdırmağa başlayıb.

Haqlı.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

Bildirilir ki, məlumatlar artıq ölkənin xüsusi istintaq xidməti tərəfindən araşdırılır.

Qeyd edək ki, Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Xaçatur Sukiasyan Sarkisyanın Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib. Bundan sonra Sarkisyan onu məhkəməyə verib.

Sarkisyan Baden-Badenə səfərini gizlətməsə də, kazinolara getmədyini deyir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin